1995-ci ildən bu günə...
Sizin sevginiz və dəstəyinizlə ləzzətləri arzulara, uğurları isə unudulmaz hekayələrə çevirdik. Hər dad keyfiyyətin, hər təbəssüm isə 30 illik zəhmət və sevginin əksidir.
Fəaliyyətimizə ilk olaraq distribütorluq sahəsində başlamışıq və artıq 30 ildir ki, böyük uğurlara imza ataraq yolumuza davam edirik.
Qida sektorundan kənd təsərrüfatına, mineral sudan distribütorluğa qədər – geniş fəaliyyət sahələrimizlə müştərilərimizə çoxşaxəli xidmət təqdim edirik.
1995-ci ildə əsası qoyulmuş “Ləzzət Şirkətlər Qrupu” iki əsas istiqamətdə fəaliyyət göstərir – gündəlik tələbat mallarının topdan satışı və qida, eləcə də qeyri-qida məhsullarının istehsalı.
DAHA ƏTRAFLI
İstehsal etdiyimiz hər bir məhsulda keyfiyyəti ön planda tutaraq, ən sürətli logistik kanallardan faydalanır və istehlakçılarımıza keyfiyyətli qidaları tez və etibarlı şəkildə çatdırırıq.
DAHA ƏTRAFLILəzzət Şirkətlər Qrupu olaraq, hər bir brendimizi sadəcə bir məhsul kimi deyil, dəyərlərimizin, keyfiyyət standartlarımızın və innovativ yanaşmamızın təzahürü kimi görürük. Biz istehlakçılarımıza yalnız dadlı və etibarlı məhsullar təqdim etməklə kifayətlənmir, eyni zamanda onların həyatına dəyər qatmağı hədəfləyirik.
"Ləzzət Group"la bağlı ən son yeniliklər, layihələr və press-relizlərlə ətraflı şəkildə buradan tanış ola bilərsiniz.
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyi, Ləzzət Group və Sirab ASC-nin təşkilatçılığı ilə Novruz bayramı ərəfəsində şəhidlərimizin bizə əmanət övladları üçün Novruz şənliyi keçirildi.
1 noyabr 2025-ci ildə "Ləzzət Group" kollektivi Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək 30 illik yubiley tədbirlərinə rəsmi şəkildə start verib.
1 noyabr 2025-ci ildə Ləzzət Group-un 30 illik yubiley tədbirləri çərçivəsində kollektiv Zəfər Parkını ziyarət edərək şəhidlərimizin xatirəsini ehtiramla anıb. Ziyarət şirkətin milli dəyərlərə, qəhrəmanlığa və birliyə olan dərin minnətdarlığını ifadə edir.