Xəbərlər və press-relizlər

lezzet qida
lezzet qida
lezzet qida
lezzet qida
lezzet qida
lezzet qida
lezzet qida
lezzet qida
sirab
sirab
sirab
sirab
sirab
sirab
sirab
sirab
11 November, 2026

Ləzzət Group Çində keçirilən beynəlxalq idxal sərgisində Azərbaycanı təmsil edib

Ləzzət Group beynəlxalq arenada – bu dəfə Çində!

5–10 noyabr 2026-cı il tarixlərində Çinin Şanxay şəhərində dünyanın nüfuzlu beynəlxalq ticarət platformalarından biri olan 9-cu Çin Beynəlxalq İdxal Sərgisi (China International Import Expo – CIIE 2026) keçirilib. Sərgidə Azərbaycan İqtisadiyyat Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə təmsil olunub.

Ləzzət Group da Azərbaycanın qida sənayesini təmsil edən yerli şirkətlərdən biri olaraq sərgidə iştirak edib. Şirkətin məhsulları “Made in Azerbaijan” konsepsiyası çərçivəsində beynəlxalq ziyarətçilərə təqdim olunub.

Şanxaydakı National Exhibition and Convention Center (NECC) sərgi mərkəzində təşkil olunan tədbir müxtəlif ölkələrin istehsalçılarını, investorlarını və biznes nümayəndələrini bir araya gətirib.

Sərgi çərçivəsində Azərbaycanın 12 şirkətinin məhsulları nümayiş etdirilib. Ölkəmizin qida sənayesi, içki, qənnadı və digər istehsal sahələrini əhatə edən məhsullar beynəlxalq auditoriyaya tanıdılıb.

Ləzzət Group-un CIIE 2026 sərgisində iştirakı şirkətin ixrac potensialının tanıdılması, yeni bazarlara çıxış imkanlarının dəyərləndirilməsi və beynəlxalq biznes əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımlardan biridir.

Naxçıvandan başlayan istehsal və inkişaf yolunu davam etdirən Ləzzət Group Azərbaycan məhsullarının beynəlxalq bazarlarda tanıdılması və yerli istehsalın qlobal miqyasda təmsil olunması istiqamətində fəaliyyətini davam etdirir.