Xəbərlər və press-relizlər

“LG Konserv” Məhdud Məsuliyyətli Cəmiyyəti mükafata layiq görülmüşdür.
29 December, 2024

“LG Konserv” Məhdud Məsuliyyətli Cəmiyyəti mükafata layiq görülmüşdür.

2024-cü il üzrə “Dayaq” mükafatının sahibkarlara təqdim edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə 2024-ci ildə uğur qazanmış 15 sahibkarlıq subyektinə dövlət qurumlarının rəhbər şəxsləri tərəfindən müxtəlif nominasiyalar üzrə "Dayaq" mükafatları təqdim edilib.

"Naxçıvan Muxtar Respublikasında uğurlu şirkət" nominasiyası üzrə “Dayaq” mükafatı “LG Konserv” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilib. Mükafatı Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov şirkət təmsilçisi Seymur Rzalıya təqdim edib.

Qeyd edək ki, "Dayaq" mükafatı KOBİA tərəfindən 2022-ci ildə təsis edilib. Mükafatın təsis olunmasında məqsəd il ərzində fəaliyyəti ilə seçilən, biznes sahəsində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən şirkətləri mükafatlandırmaqla onları stimullaşdırmaqdır.

 

Oxşar xəbərlər

Naxçıvanda Şəhid Övladları üçün Novruz Şənliyi
18 March, 2026

Naxçıvanda Şəhid Övladları üçün Novruz Şənliyi

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyi, Ləzzət Group və Sirab ASC-nin təşkilatçılığı ilə Novruz bayramı ərəfəsində şəhidlərimizin bizə əmanət övladları üçün Novruz şənliyi keçirildi.

“Ləzzət” Şirkətlər Qrupu 30 illik yubileyini Naxçıvanda təntənəli şəkildə qeyd edib - “Ləzzət” Şirkətlər Qrupu fəaliyyətinin 30 illik yubileyini Naxçıvanda keçirilən xüsusi tədbirlə qeyd edib.
01 November, 2025

“Ləzzət” Şirkətlər Qrupu 30 illik yubileyini Naxçıvanda təntənəli şəkildə qeyd edib - “Ləzzət” Şirkətlər Qrupu fəaliyyətinin 30 illik yubileyini Naxçıvanda keçirilən xüsusi tədbirlə qeyd edib.

Tədbir çərçivəsində rəhbərlik və kollektiv Heydər Əliyevin abidəsini və Zəfər Parkını ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla yad edib. Mərasim Azərbaycan Respublikasının Dövlət Himni və bir dəqiqəlik sükutla başlayıb. Çıxışlarda şirkətin iqtisadi və sosial inkişafda rolu, 30 illik fəaliyyətinin dəyəri vurğulanıb. Tədbirdə sahibkarlara və şəhid ailələrinə xüsusi hədiyyələr təqdim edilib, uzunmüddətli əməkdaşlar plaketlərlə təltif olunub. Bədii hissə isə tədbirə xüsusi rəng qatıb.

Zəfər bizim qürurumuzdur! – Ləzzət Group kollektivinin Zəfər Parkına ziyarəti
01 November, 2025

Zəfər bizim qürurumuzdur! – Ləzzət Group kollektivinin Zəfər Parkına ziyarəti

1 noyabr 2025-ci ildə Ləzzət Group-un 30 illik yubiley tədbirləri çərçivəsində kollektiv Zəfər Parkını ziyarət edərək şəhidlərimizin xatirəsini ehtiramla anıb. Ziyarət şirkətin milli dəyərlərə, qəhrəmanlığa və birliyə olan dərin minnətdarlığını ifadə edir.