Ləzzət Group ISM Middle East 2025 sərgisində Azərbaycanı təmsil edir
15–17 sentyabr tarixlərində Ləzzət Group dünyanın ən nüfuzlu qida sərgilərindən biri olan ISM Middle East 2025 sərgisində iştirak edir. Tədbir Dubai World Trade Centre-də keçirilir və şirkət məhsullarını beynəlxalq aləmdə təqdim edərək Azərbaycan qida sənayesinin potensialını nümayiş etdirmək imkanı əldə edir.
Ləzzət Group sərgidə müxtəlif istehsal sahələrindən olan ixrac və ixrac potensiallı məhsulları ilə çıxış edir. Qida sahəsində şirkət:
• Tammy və Juiz meyvə şirələri,
• Şirniyyat qrupunda Lay Lay, Valls, Çayka, Amasi, Olley, Share, Zarya markaları, Ləzzət lokumları ilə təmsil olunur.
• Qəlyanaltı seqmentində isə Nati balıq krekerləri və Limo qarğıdalı çubuqları ilə məhsullarını sərgi iştirakçılarına təqdim edir.
Bu tədbir Azərbaycan məhsullarının keyfiyyətini və rəqabət qabiliyyətini qlobal miqyasda nümayiş etdirmək üçün mühüm platformadır. ISM Middle East beynəlxalq tərəfdaşlarla əməkdaşlıq qurmaq və ixrac potensialını daha da artırmaq üçün əvəzsiz imkan yaradır.