Ləzzət Group Dubayda keçirilən ISM Middle East 2026 beynəlxalq sərgisində iştirak edib
Ləzzət Group beynəlxalq arenada – bu dəfə Dubayda!
3–5 noyabr 2026-cı il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qənnadı və qəlyanaltı məhsulları sənayesinin mühüm beynəlxalq tədbirlərindən biri olan ISM Middle East 2026 sərgisi keçirilib.
Ləzzət Group sərgidə müstəqil iştirakçı kimi öz stendi ilə təmsil olunaraq Azərbaycan istehsalı olan qənnadı və qəlyanaltı məhsullarını beynəlxalq auditoriyaya təqdim edib.
Dubai World Trade Centre sərgi mərkəzində təşkil olunan tədbir dünyanın müxtəlif ölkələrindən istehsalçıları, distribütorları, idxalçıları və biznes nümayəndələrini bir araya gətirib.
Sərgi çərçivəsində Ləzzət Group-un məhsul çeşidləri, o cümlədən Çayka və Amasi brendlərinin məhsulları nümayiş etdirilib. Şirkətin sərgidə iştirakı beynəlxalq bazarlarda brend tanınmasının artırılması, ixrac potensialının təqdim olunması və yeni biznes əlaqələrinin qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
ISM Middle East 2026 sərgisində iştirak Ləzzət Group-un beynəlxalq bazarlarda mövqeyini gücləndirmək, yeni əməkdaşlıq imkanlarını dəyərləndirmək və Azərbaycan istehsalı olan məhsulların daha geniş auditoriyaya çatdırılması istiqamətində həyata keçirdiyi fəaliyyətlərin davamıdır.
Naxçıvandan başlayan inkişaf yolunu beynəlxalq arenada davam etdirən Ləzzət Group keyfiyyətli yerli istehsal məhsullarını dünya bazarlarına tanıtmaq və Azərbaycan qida sənayesinin beynəlxalq təmsilçiliyinə töhfə vermək istiqamətində fəaliyyətini davam etdirir.