Xəbərlər və press-relizlər

Gömrük - Biznes əməkdaşlığı çərçivəsində görüş
15 April, 2025

Gömrük - Biznes əməkdaşlığı çərçivəsində görüş


Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti önəmli görüş bu dəfə “Ləzzət Biskvit və Şokalad Fabriki” MMC-də keçirildi. Naxçıvan Baş Gömrük İdarəsinin təşəbbüsü ilə baş tutan səfər zamanı gömrük əməkdaşları müəssisənin istehsal prosesi ilə yaxından tanış oldular.

Fabrikdə “Nati” brendi ilə istehsal olunan məhsulların beynəlxalq standartlara uyğun hazırlandığı, daxildə emal gömrük proseduru altında çeşidli məhsulların bir çox xarici ölkələrə ixrac edildiyi vurğulandı.

Sahə ilə tanışlıqdan sonra təşkil olunan dəyirmi masa zamanı gömrük sistemindəki son yeniliklər, rəqəmsallaşma prosesləri, sənədləşmənin sadələşdirilməsi və biznesə göstərilən dəstək mexanizmləri müzakirə olundu.

Səmimi müzakirələr formatında keçən görüşdə biznes nümayəndələrinin təklifləri və sualları da diqqətlə dinlənildi və ətraflı şəkildə cavablandırıldı.

Bu kimi görüşlər gömrük və biznes subyektləri arasında körpü rolunu oynayaraq daha şəffaf, effektiv və dayanıqlı əməkdaşlığın təməlini qoyur.
 

Oxşar xəbərlər

Ləzzət Group-da 30 illik yubiley görüşləri başa çatdı – 700-dən çox əməkdaşa təşəkkürnamə təqdim olundu.
13 August, 2025

Ləzzət Group-da 30 illik yubiley görüşləri başa çatdı – 700-dən çox əməkdaşa təşəkkürnamə təqdim olundu.

Yeddi gün davam edən yubiley görüşlərində Ləzzət Group rəhbəri Teymur Rzayev 700-dən çox əməkdaşla görüşərək minnətdarlığını bildirdi və şəxsi təşəkkürnamələr təqdim etdi.

“Ləzzət” Şirkətlər Qrupu 30 illik yubileyini Naxçıvanda təntənəli şəkildə qeyd edib - “Ləzzət” Şirkətlər Qrupu fəaliyyətinin 30 illik yubileyini Naxçıvanda keçirilən xüsusi tədbirlə qeyd edib.
01 November, 2025

“Ləzzət” Şirkətlər Qrupu 30 illik yubileyini Naxçıvanda təntənəli şəkildə qeyd edib - “Ləzzət” Şirkətlər Qrupu fəaliyyətinin 30 illik yubileyini Naxçıvanda keçirilən xüsusi tədbirlə qeyd edib.

Tədbir çərçivəsində rəhbərlik və kollektiv Heydər Əliyevin abidəsini və Zəfər Parkını ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla yad edib. Mərasim Azərbaycan Respublikasının Dövlət Himni və bir dəqiqəlik sükutla başlayıb. Çıxışlarda şirkətin iqtisadi və sosial inkişafda rolu, 30 illik fəaliyyətinin dəyəri vurğulanıb. Tədbirdə sahibkarlara və şəhid ailələrinə xüsusi hədiyyələr təqdim edilib, uzunmüddətli əməkdaşlar plaketlərlə təltif olunub. Bədii hissə isə tədbirə xüsusi rəng qatıb.

27 September, 2025

"Ləzzət Group" kollektivi şəhidlərimizin əziz xatirəsini yad edib

27 sentyabr – Anım Günü münasibətilə Ləzzət Group rəhbərliyi və kollektivi Zəfər Parkını ziyarət edərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər. Ziyarət zamanı abidə önünə tər qərənfillər qoyulub və şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.