Ləzzət Group-un 30 illik yubileyi münasibətilə müəssisələrdə görüşlərə start verildi.
Ləzzət Group-un 30 illik yubileyi münasibətilə şirkətin rəhbərliyi tərəfindən müəssisədaxili silsilə görüşlərə start verilib. Bu görüşlər çərçivəsində şirkət rəhbəri Teymur Rzayev müəssisələrdə çalışan əməkdaşlarla bir araya gəlir və onların hər birinə şəxsi təşəkkürnamələr təqdim edir.
Görüşlər 7 gün ərzində Ləzzət Group-un müxtəlif istehsalat bölmələrinin işçi heyəti ilə həyata keçiriləcəkdir.
Şirkətin bu təşəbbüsü, 30 illik inkişaf yolunda əməkdaşların roluna verilən dəyərin və təşəkkürün ifadəsi kimi qiymətləndirilir.
Hər görüşdə əməkdaşlara Ləzzət Group-un dəyərləri xatırladılır, birgə xatirələr canlandırılır və gələcək planlar barədə məlumat verilir.
Tədbirdə həmçinin xatirə fotoları çəkilir və bu anlar şirkət tarixində xüsusi yer tutacaq.
Qeyd edək ki, Ləzzət Group 1995-ci
ildən fəaliyyət göstərir və bu gün ölkənin aparıcı qida istehsalçılarından biri kimi tanınır.
Yubiley münasibətilə keçirilən bu təşəbbüs sadəcə bir qeyd etmə deyil, həm də dəyərlərin və birliyin təntənəsidir.