Xəbərlər və press-relizlər

Ləzzət Group-un Nati brendi “Brand Award International 2026” müsabiqəsinin qalibləri sırasında yer alıb
23 October, 2026

Ləzzət Group-un Nati brendi “Brand Award International 2026” müsabiqəsinin qalibləri sırasında yer alıb

Ləzzət Group-un beynəlxalq uğurlarına daha bir nailiyyət əlavə olundu!

17 oktyabr 2026-cı il tarixində keçirilən 5-ci “Brand Award International 2026” qlobal müsabiqəsində Ləzzət Group-a məxsus Nati brendi qaliblər sırasında yer alaraq TOP 50 brend arasında təmsil olunub.

“Award Organizers Group” tərəfindən təşkil edilən müsabiqə “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) rəsmi dəstəyi, “Azərbaycan Sənaye Sığorta” ASC, “Baku Container”, “Azerish” və “ERPGO” şirkətlərinin sponsorluğu ilə keçirilib.

Nati brendinin bu beynəlxalq müsabiqədə qaliblər sırasında yer alması Ləzzət Group-un brendlərinin inkişafı, tanınmasının artırılması və bazardakı mövqeyinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərin mühüm nəticələrindən biridir.

Bu nailiyyət Ləzzət Group və Nati brendi üçün yeni hədəflərə doğru atılan daha bir addımdır. Şirkət istehlakçıların gözləntilərinə cavab verən məhsullar təqdim etmək, brendlərinin dəyərini artırmaq və yerli istehsalın inkişafına töhfə vermək istiqamətində fəaliyyətini davam etdirir.

Ləzzət Group bu uğurun əldə olunmasında əməyi olan bütün komanda üzvlərini təbrik edir və qarşıdakı hədəflərə doğru inamla irəliləyir.