Xəbərlər və press-relizlər

“Ləzzət Broyler” toyuq məhsullarının tanıtımı
10 July, 2024

“Ləzzət Broyler” toyuq məhsullarının tanıtımı

“Ləzzət Broyler” toyuq məhsullarının tanıtımı məqsədilə “Bolmart Supermarketlər” şəbəkəsinin Səməd Vurğun filialında dadım aksiyası təşkil etdik. Aksiya zamanı, xüsusi olaraq seçilmiş və yüksək keyfiyyət standartlarına cavab verən Ləzzət toyuq məhsulları peşəkar aşpazlar tərəfindən xüsusi reseptlərlə bişirildi və müştərilərə təqdim edildi.

Aksiya çərçivəsində, məhsullarımızın təbii dadı, üstün keyfiyyəti haqqında ətraflı məlumat verildi. Həmçinin, müştərilər toyuq məhsullarımızı dadaraq, onların ləzzətini və keyfiyyətini birbaşa təcrübə etmək imkanı əldə etdilər. Dadım aksiyasında məhsulun hazırlanma prosesi və istifadə olunan təbii inqrediyentlər barədə məlumatlar da paylaşıldı.
                                    
Bu cür aksiyalar, “Ləzzət Broyler” toyuq məhsullarının bazarda tanınmasını artırmaq və müştəri məmnuniyyətini yüksəltmək məqsədi daşıyır.