"Ləzzət Qida Sənaye" MMC-nin əsası 1995-ci ildə qoyulmuşdur.
Kompaniya öz fəaliyyətini iki əsas istiqamətdə - gündəlik təlabat mallarının topdan satışı və qida məhsullarının istehsalı sahəsində quraraq yarandığı gündən indiyədək böyük bir inkişaf yolu keçmişdir. Hal-hazırda şirkət Rusiya, ABŞ, Ukrayna, Türkiyə, Çin, BƏƏ, Hindistan, İran və digər ölkələrdən olan 50-dən artıq istehsalçı firma ilə əməkdaşlıq edərək uğurlu distribütorluq fəaliyyəti həyata keçirməklə yanaşı qənd istehsalı, çərəz və dənli malların emalı və qablaşdırılması sahəsində də istehlakçıların maraq və tələblərini müvəffəqiyyətlə təmin edir.
Muxtar respublikada Sahibkarlığa Kömək Fondu tərəfindən kreditlərin verilməsi “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) də fəaliyyətini genişləndirib. Belə ki, bu kreditlər hesabına cəmiyyətin müasir istehsal və emal müəssisələri yaradılıb.
AZƏRTAC xəbər verir ki, hazırda müəssisədə gündəlik istehsal gücü 18 ton olan kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi, qovurulması və paketlənməsi, 7 ton qənd, 2,4 ton vafli, peçenye, biskvit və digər qənnadı məmulatlarının, 45 gündə 135 ton quş ətinin istehsalı, saatda 1500 baş toyuq kəsimi həyata keçirilir.