HAQQIMIZDA
"Ləzzət Qida Sənaye" MMC-nin əsası 1995-ci ildə qoyulmuşdur.
Kompaniya öz fəaliyyətini iki əsas istiqamətdə - gündəlik təlabat mallarının topdan satışı və qida məhsullarının istehsalı sahəsində quraraq yarandığı gündən indiyədək böyük bir inkişaf yolu keçmişdir. Hal-hazırda şirkət Rusiya, ABŞ, Ukrayna, Türkiyə, Çin, BƏƏ, Hindistan, İran və digər ölkələrdən olan 50-dən artıq istehsalçı firma ilə əməkdaşlıq edərək uğurlu distribütorluq fəaliyyəti həyata keçirməklə yanaşı qənd istehsalı, çərəz və dənli malların emalı və qablaşdırılması sahəsində də istehlakçıların maraq və tələblərini müvəffəqiyyətlə təmin edir.
"Ləzzət Qida Sənaye" MMC-nin baş ofisi Naxçıvan şəhərində yerləşir.
Şirkətimiz Naxçıvan Muxtar Respublikasında "Coca-Cola" (Azərbaycan), " Konfil " (Rusiya), “Невский Кондитер ” (Rusiya), “ Sun West Foods, Inc ” (ABŞ), ПБК “Славутич” (Ukrayna), "Винкрон "(Ukrayna ), "Mils "(Ukrayna), “Eti ” (Türkiyə), “Tuborg ” (Türkiyə), “Tamek ” (Türkiyə), “Evyap ” (Türkiyə), “Hakan Qida” (Türkiyə), “Hayat Kimya” (Türkiyə), “Tat Makarna” (Türkiyə), Miad General Traiding ” (BƏƏ) və keyfiyyətli məhsulu ilə tanınan bir çox başqa firmanın rəsmi nümayəndəsidir.
2009-cu ildə "Ləzzət Qida Sənaye" MMC Bakı şəhərində öz filialını açaraq Azərbaycan bazarında da təmsil olunmağa başladı. Hal-hazırda şirkət “Orkide” (Türkiyə), “Kristal” (Türkiyə), ТПО ”Qrin Rey” (Ukrayna), “Texmolprom” (Ukrayna) kompaniyalarının Azərbaycanda ...




























