Ləzzət Group-da 30 illik yubiley görüşləri başa çatdı – 700-dən çox əməkdaşa təşəkkürnamə təqdim olundu.
Ləzzət Group-un 30 illik yubileyi çərçivəsində keçirilən müəssisədaxili görüşlər yekunlaşdı.
Yeddi gün ərzində şirkətin rəhbəri Teymur Rzayev müxtəlif istehsalat bölmələrində 700-dən çox əməkdaşla tək-tək görüşdü. O, əməkdaşların fikirlərini dinləyərək onlara göstərdikləri səylərə görə minnətdarlığını bildirdi və hər birinə şəxsi təşəkkürnamələr təqdim etdi.
Bu təşəbbüs, Ləzzət Group-un uğur yolunda əməkdaşların əvəzsiz roluna verilən yüksək dəyərin bariz nümunəsidir. Görüşlər zamanı həmçinin şirkətin 30 illik inkişaf yolu yad edildi, gələcək planlar barədə fikir mübadiləsi aparıldı və komanda ruhu daha da gücləndirildi.