Ləzzət Expo Dubai Sərgisi

16-20 fevral tarixlərində keçirilən «Gulfood Expo Dubai 2020» beynəlxalq sərgisində «Ləzzət Qida Sənaye” MMC olaraq müvəffəqiyyətlə ölkəmizi təmsil etmişik.

Qeyd edək ki, Dubayda keçirilən «Gulfood Expo Dubai 2020» sərgisinin “Made in Azerbaijan” stendində 30-a yaxın Azərbaycan şirkətlərinin məhsulları təqdim olunmuşdur.

Nəzərinizə çatdıraq ki, «Gulfood Expo Dubai 2020» qida və içki məhsullarını təqdim edən beynəlxalq sərgilərdən biridir. Eləcə də, hər il keçirilən bu sərgi qida sənayesinin inkişafını izləyən, yeni məhsulların mənbəyini axtaran, dünya tədarükçüləri ilə tanış olmaq istəyən mütəxəssislər üçün çox önəmli tədbirdir.



Brendlərimiz