Fəaliyyət sahələri

Lokum istehsalı

Lokum istehsalı

Ləzzət Şirkətlər Qrupu olaraq, 2011-ci ildən bəri Azərbaycan mətbəxinin incilərindən biri olan lokumları ənənəvi reseptlərlə və müasir texnologiyalarla istehsal edirik. Hər bir lokumumuz keyfiyyətli, təbii inqrediyentlərdən hazırlanaraq özünəməxsus dadı və ətri ilə seçilir.

Lokum istehsalı sahəsinin gündəlik istehsal gücü 1 ton, paketlənmə gücü isə 500 kq təşkil edir.

İstehsal sahəmiz yüksək standartlara cavab verən avadanlıqlarla təchiz olunub və burada yüksək gigiyena tələblərinə tam riayət edilir. Məhsul çeşidimiz geniş seçim imkanı yaradır – klassik, meyvəli, çərəzli, gül qurusu və digər fərqli çeşidlərdə lokumlar istehsal olunur.

Biz yalnız yerli bazarda deyil, beynəlxalq səviyyədə də Azərbaycan lokumunun şöhrətini yaymaq missiyasını daşıyırıq.

Biskvit və vafli

Biskvit və vafli

2010-cu ildə Ləzzət Şirkətlər Qrupu tərəfindən təsis edilən Ləzzət Biskvit və Şokolad Fabriki vafli, peçenye, qurabiyə və digər qənnadı məmulatlarının istehsalında illərin təcrübəsini innovativ yanaşma ilə birləşdirir. İlk olaraq “Nati” markası ilə fəaliyyətə başlayan fabrik, zamanla məhsul çeşidini genişləndirərək müştərilərinə unikal dadlar təqdim edir.

Naxçıvanda yerləşən fabrik gündəlik 30 ton istehsal gücünə malikdir. Ümumi sahəsi 3708 m² istehsal və 3000 m² anbar olmaqla, müəssisə ənənəvi reseptləri müasir texnologiyalarla birləşdirərək yüksək gigiyena standartlarına uyğun məhsullar hazırlayır.

İstehsalda Türkiyə və Avropa avadanlıqlarından istifadə edilir. Avtomatlaşdırılmış istehsal xətti məhsuldarlığı artırır, keyfiyyət nəzarəti isə hər mərhələdə həyata keçirilir. ISO 9001:2015 və ISO 22000:2018 sertifikatlarına sahib olan fabrikdə xammal Azərbaycan, Türkiyə, İran, Ukrayna və Rusiyadan təmin edilir.

Bazar araşdırmalarına əsaslanaraq yeni məhsullar və innovativ həllər tətbiq edilir. Fabrikin məhsulları İraq, İran, Gürcüstan, Yəmən, Əfqanıstan, Özbəkistan, Çin, İsrail və Türkiyə kimi ölkələrə ixrac olunur.

Ləzzət Biskvit və Şokolad Fabriki əldə etdiyi nailiyyətlərə görə bir sıra mükafatlarla təltif edilmişdir.
Fəxri Mükafatlar və Nailiyyətlər:

  • 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafına verdiyi töhfələrə görə “Biznesdə Uğur” mükafatı və “İlin İxracatçısı – 2017” mükafatı ilə təltif edilmişdir.
 
  • 2019-cu ildəПРОДЭКСПО – 2019” beynəlxalq sərgisində iştirakına görə təltif edilmişdir. Həmin sərgidə “Kakaolu Lay-Lay vafliləri” Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Ən yaxşı məhsul - 2019” Qızıl Medalına layiq görülmüşdür.
 
  • 2019-cu ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi" fəxri diplomu ilə təltif edilmişdir.
 
  • 2022-ci ildə keyfiyyətli məhsulları ilə müştərilərin rəğbətini qazandığı üçün “Uğurun Zirvəsi” mükafatı ilə təltif edilmişdir.
 
  • 2023-cü ildə “Nati” brendi, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tərəfindən “I. International Apitherapy and Nature Congress” tədbirində xüsusi dəstəyinə görə təltif edilmişdir.
 
  • 2025-ci ildə 7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsində qalib gəlmiş 50 brend siyahısına daxil olan "Nati" və "Lay-Lay" brendləri "Caspian Energy Club" tərəfindən 7th National Contest Brand Award Azerbaijan 2024 mükafatı ilə təltif edilmişdir.
 
Bu möhtəşəm nailiyyətlər, Ləzzət Biskvit və Şokolad Fabrikinin keyfiyyətə verdiyi əhəmiyyətin göstəricisidir. Eyni zamanda, bu uğurlar Ləzzət Biskvit və Şokolad Fabrikinin sektorundakı liderliyini daha da möhkəmləndirir.

Çərəz və duzlu qəlyənaltılar

Çərəz və duzlu qəlyənaltılar

Ləzzət Şirkətlər Qrupu, 2005-ci ildən etibarən çərəz və duzlu qəlyanaltı sahəsində keyfiyyət və müxtəlifliyi bir araya gətirir. Şirkətimizdə günəbaxan və balqabaq tumları, müxtəlif dənli mallar və çərəzlər (fındıq, fıstıq, püstə, ləbləbi, badam ləpəsi, hind qozu) kimi məhsulların təmizlənməsi, qovrulması və paketlənməsi həyata keçirilir. Bu sahənin gündəlik istehsal gücü belədir: tumların qovrulma gücü 6 ton, tumların paketlənməsi 5 ton (kiçik qramaj), 8 ton (böyük qramaj); çərəzlərin qovrulma gücü isə 6 ton, çərəzlərin paketlənməsi isə 5 ton təşkil edir.

Ləzzət Şirkətlər Qrupu əldə etdiyi nailiyyətlərə görə bir sıra mükafatlarla təltif edilmişdir.
Fəxri Mükafatlar və Nailiyyətlər:
 

  • 2018-ci ildə The 3rd International Caspian Brand Award tərəfindən “İlin qida sənayesində müasir texnologiyaların tətbiqinə görə ilin şirkəti” mükafatı ilə təltif edilmişdir.
 
  • 2022-ci ildə Naxçıvan İqtisadiyyat Nazirliyi tərəfindən “2021-ci ildə Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların ixracatında göstərdiyi xidmətlərinə görə” “İlin ixracatçı şirkəti” adı ilə təltif edilmişdir.
 
  • 2022-ci ildə 5th National Brand Award Azerbaijan milli müsabiqəsində “Ləzzət” brendi 50 brend siyahısına daxil olduğu üçün təltif edilmişdir.
 
  • 2022-ci ildə NDU-nun rektoru Elbrus İsayev tərəfindən “I International Apitherapy and Nature Congress” tədbirinin təşkilində xüsusi dəstəyinə görə təltif edilmişdir.
 
  • 2022-ci ildə InterFood Azerbaijan sərgisində iştirakına görə təltif edilmişdir.
 
  • 2022-ci ildə The 7th International Caspian Brand Award müsabiqəsində “İlin qida məhsulları istehsalçısı” mükafatı ilə təltif edilmişdir.
 
  • 2024-cü ildə NDU-nun rektoru Elbrus İsayev tərəfindən universitet-sənaye əməkdaşlığına verdiyi töhfələrə görə təltif edilmişdir.
 
  • 2024-cü ildə Naxçıvan Dövlət Universitetinin rektoru tərəfindən “Karyera sərgisində” fəal iştirakına görə təltif edilmişdir.
 
  • 2025-ci ildə 7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsində qalib gəlmiş 50 brend siyahısına daxil olduğu üçün, “Ləzzət” brendi “Caspian Energy Club”un sədri tərəfindən təltif edilmişdir.
Ləzzət Şirkətlər Qrupu olaraq, keyfiyyətli məhsullar istehsal etmək və müştərilərimizin etimadını qazanmaq üçün hər zaman innovativ və müasir yanaşmalara sahib olmağa davam edirik.

Meyvə suyu və kompot istehsalı

Meyvə suyu və kompot istehsalı

2023-cü ildə LG Konserv, Ləzzət Şirkətlər Qrubuna daxil olaraq müasir istehsal müəssisəsində meyvə nektarları və kompot istehsalına başlamışdır. Şirkət, “Tammy” və “Juiz” markaları ilə 1L tetrapak və şüşə, 200 ml tetrapak formatlarında meyvə nektarları istehsal edir, həmçinin bazara “Bağçam” markası altında kompot təklif edir. Avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş yüksək güclü istehsal xətləri məhsul istehsalını sürətləndirir və keyfiyyətini artırır.

Şirkət, beynəlxalq keyfiyyət standartlarına uyğun məhsullar istehsal edir və ISO 22000, ISO 9001 və AZS 353-2011 sertifikatlarına malikdir. Bu sertifikatlar, məhsulların yüksək keyfiyyətini və təhlükəsizliyini təmin edir.
LG Konserv, Almaniya, Türkiyə və digər ölkələrdən təmin edilən yüksək keyfiyyətli xammalları istifadə edir.

LG Konserv, əldə etdiyi nailiyyətlərə görə bir sıra mükafatlarla təltif edilmişdir.
Fəxri Mükafatlar və Nailiyyətlər:
 

  • 2023-cü ildə LG Konserv, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının Sədri tərəfindən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” devizi ilə Fəxri Diplom ilə təltif edilmişdir.
 
  • 2024-cü ildə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişaf Agentliyi tərəfindən “Dayaq” mükafatı ilə Təltif edilmişdir.
 
Bu nailiyyətlər şirkətin güclü əmək şəraiti və müştəri məmnuniyyətinə verdiyi önəmi əks etdirir.

Qənd istehsalı

Qənd istehsalı

Qənd istehsal sahəsi 1998-ci ildə fəaliyyətə başlamışdır. Müasir texnoloji avadanlıqlardan istifadə etməklə bazar tələbinə uyğun müxtəlif çeşid və çəkilərdə yüksək keyfiyyətli qənd istehsal edilir.

İstehsal sahəsində qənnadı sektoru üçün doğranmış qənd də daxil olmaqla, 130 qramdan 25 kq-a qədər müxtəlif çəkilərdə və çeşidlərdə məhsullar hazırlanır.

Qənd istehsal sahəsinin gündəlik istehsal gücü 18 ton təşkil edir. Bu potensial yüksək keyfiyyətli məhsulların kütləvi istehsalını təmin etməklə yanaşı, müştəri tələblərinə uyğun fərqli məhsulların istehsalına imkan yaradır.

Toyuq yetişdirilməsi və kəsimi

Toyuq yetişdirilməsi və kəsimi

Ləzzət Şirkətlər Qrupu tərəfindən 2011-ci ildə Ləzzət Broyler MMC-nin təsis edilməsi ilə Naxçıvan Muxtar Respublikasında ən böyük quş əti istehsalı müəssisəsi fəaliyyətə başlamışdır. İstehsal sahəsinin gündəlik gücü 1500 ədəd toyuğun kəsimi və qablaşdırılmasını əhatə edir. Şirkət əsasən bütün toyuq, toyuq içalatı və doğranmış toyuq hissələri istehsal edir.

İstehsal prosesində istifadə edilən avadanlıqlar Türkiyə və Avropanın aparıcı şirkətlərindən təchiz edilmişdir. Kəsim xətti, soyuducu sistemlər, paketləmə avadanlıqları və tərəzilər müasir texnologiyalarla təchiz olunmuşdur. Avtomatlaşdırılmış istehsal xəttləri məhsulların yüksək keyfiyyətini təmin edir.

Şirkət ISO 22000:2018, HACCP və HALAL sertifikatlarına malikdir ki, bu da məhsulların beynəlxalq keyfiyyət standartlarına uyğun olduğunu təsdiq edir. Xammal Türkiyənin etibarlı təchizatçılarından təmin edilir və keyfiyyətə daim ciddi nəzarət olunur.

Məqsədimiz müştərilərimizə keyfiyyətli və təhlükəsiz toyuq məhsulları təqdim edərək bazardakı müsbət mövqeyimizi qorumaq və inkişaf etdirməkdir.

Ləzzət Broyler MMC əldə etdiyi nailiyyətlərə görə bir sıra mükafatlarla təltif edilmişdir.
Fəxri Mükafatlar və Nailiyyətlər:
 

  • 2025-ci ildə 7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsində qalib gəlmiş 50 brend siyahısına daxil olduğu üçün “Ləzzət Broyler” brendi “Caspian Energy Club”**un sədri tərəfindən təltif edilmişdir.
 
Bu nailiyyətlər şirkətin güclü əmək şəraiti və müştəri məmnuniyyətinə verdiyi önəmi əks etdirir.
 

Naxçıvan Şərab

Naxçıvan Şərab

2021-ci ildə Ləzzət Şirkətlər Qrupu tərəfindən “Naxçıvan Şərab” MMC-nin şirkətlər qrupuna daxil edilməsi ilə “Meynəli” brendi altında şərab istehsalına başlanılmışdır.

Zavod suarıtma, istehsal, dolum sexlərindən, həmçinin xammal və hazır məhsulun saxlanılması üçün anbarlardan ibarətdir. Burada əsasən araq və şərab içkiləri istehsal olunur.

Şirkət araq istehsalında “Alfa” markalı buğda spirtindənkəhriz suyundan, şərab istehsalında isə yerli üzüm növləri olan “Mələyi”“Bayan Şirə” sortlarından istifadə edir. “Meynəli” brendi altında qırmızı və ağ turş şərablar istehsal edilir.
"Naxçıvan Şərab" MMC-nin istehsal gücü 1 növbəli iş rejimində, araq istehsalı üzrə gündəlik 2000 dal, şərab istehsalı üzrə isə 500 dal təşkil edir. Bu güc müəssisəyə keyfiyyətli məhsullar istehsal etməyə imkan verir.

Keyfiyyətin yoxlanılması prosesləri istehsalın bütün mərhələlərində aparılır, o cümlədən xammal və yarımfabrikatlar laboratoriya analizlərindən keçirilir.

İstehsalatda müasir texnologiyalar və avadanlıqlar tətbiq edilir. İtaliya, Rusiya, Türkiyə və Rumıniyadan gətirilən avadanlıqlar ən son texnoloji nailiyyətlərə cavab verir. Araq istehsalı üçün tam avtomatlaşdırılmış, şərab istehsalı üçün isə yarım avtomatlaşdırılmış istehsal xətləri mövcuddur. Həmçinin, istehsal mərhələlərində laboratoriya və keyfiyyət nəzarəti davamlı şəkildə həyata keçirilir.

Sirab Mineral Suları

Sirab Mineral Suları

"Ləzzət Group" 2003-cü ildə Azərbaycanın ən qədim su brendlərindən biri olan "Sirab" ASC-nin investorlarından biri olaraq zavodun yenidən qurulmasında iştirak etmişdir. "Sirab" ASC-də istehsal olunan sular XX əsrin 50-ci illərindən sənaye məqsədilə istifadə olunmağa başlanmışdır. 1950-ci ildə 12 nömrəli, 1982-ci ildə isə 2K82 nömrəli quyu qazılaraq istifadəyə verilmişdir. 2003-cü ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə "Sirab" mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.

Zavodda 25 çeşiddə müxtəlif həcmli pet və şüşə qablaşdırmada təbii qazlı və qazsız mineral süfrə suları istehsal olunur. Hazırda zavodda 21 çeşiddə məhsul istehsal edilir. Müəssisə beynəlxalq standartlara uyğun olaraq ISO 9001:2015 və ISO 22000:2018 sertifikatları ilə təmin olunub.

Zavodda müasir texnologiyalara malik 7 istehsal xətti fəaliyyət göstərir. Bu istehsal xətlərinin ümumi gücü saatda 60 ton təşkil edir. Zavodun istehsal prosesi beynəlxalq standartlara uyğun həyata keçirilir.

"Sirab" mineral suyu yalnız Azərbaycanda deyil, həmçinin Rusiya, Amerika, Qazaxıstan, Türkiyə və Baltikyanı ölkələrində də istehlak olunur. Xarici bazarlarda geniş tələbatla seçilir.

Badamlı Mineral Suları

Badamlı Mineral Suları

"Ləzzət Group" 2023-cü ildə Azərbaycanın ən qədim su brendlərindən biri olan "Badamlı Mineral Sular" zavodunun investorlarından biri olaraq, mineral sular sektorunda fəaliyyət dairəsini genişləndirdi.

1947-ci ildən fəaliyyət göstərən "Badamlı Mineral Sular" zavodu 2020-ci ildə müasir texnologiyalarla yenidən qurulmuşdur. Hazırda zavodda qazlı və qazsız olmaqla ümumilikdə 20 çeşid məhsul istehsal edilir. İllik istehsal gücü 1 növbəli iş rejimində 64 milyon ədəd şərti şüşədir.

Zavodda Fransa və İtaliyadan gətirilmiş Sidel firmasının, eləcə də Türkiyə istehsalı olan Ektam firmasının avadanlıqları istifadə olunur. Müəssisə beynəlxalq standartlara uyğun olaraq ISO 22000-2018 sertifikatı ilə təmin edilib.

Badamlı suyu Şahbuz rayonunun Badamlı kəndində, dəniz səviyyəsindən 1274 metr yüksəklikdə yerləşən təbii bulaqlardan çıxarılır. XIX əsrin sonlarında baş vermiş zəlzələ nəticəsində üzə çıxan bu bulaqlar 1947-ci ildən etibarən istehsal olunur. İlk dövrlərdə əl üsulu ilə qablaşdırılsa da, zamanla müasir istehsal proseslərinə keçilmişdir.

Badamlı mineral suları yüksək keyfiyyət nəzarəti altında istehsal edilir və insan sağlamlığına faydalı olan minerallarla zəngindir. Bu su 75 ildən çoxdur ki, Azərbaycan süfrələrini bəzəyir və ölkə bazarında yüksək tələbatla satılır.

Badamlı mineral su zavodunun illik ixrac potensialı 32 milyon ədəd şərti şüşə təşkil edir.

Kağız məhsulları istehsalı

Kağız məhsulları istehsalı

Ləzzət Şirkətlər Qrupu 2023-cü ildən kağız məhsullarının istehsalı sahəsində uğurla fəaliyyət göstərir və bu istiqamətdə dinamik inkişaf edir. Müəssisədə “Softy” və “Zərif” brendləri altında müxtəlif ölçülərdə ətirli və ətirsiz mətbəx, tualet və qutu salfetlər istehsal edilir. İstehsalat və paketləmə prosesi tam avtomatlaşdırılmış şəkildə, Türkiyə istehsalı olan müasir avadanlıqlarla həyata keçirilir.

Müəssisədə 5 istehsal xətti fəaliyyət göstərir. Hər istehsal xətti üzrə müxtəlif çeşidlərdə gündəlik 200-300 qutu istehsal gücünə malikdir.

İstehsalda istifadə olunan xammallar Türkiyə Respublikasından alınır və 100% sellüloz maddələrindən ibarətdir. Müəssisə hazırda Türkiyənin ən böyük xammal tədarükçüləri və maşın istehsalçıları ilə əməkdaşlıq edir. Bunlar arasında İCM Makina Mühəndislik LTD, Həyat Kimya və Aktül Kağıt kimi şirkətlər mövcuddur.

Plastik qapaq istehsalı

Plastik qapaq istehsalı

“Ləzzət Group” 2023-cü ildə, 2011-ci ildən fəaliyyət göstərən “Naxplastik” MMC-nin investorlarından biri olaraq plastik kapsul və qapaq istehsalı sahəsində inkişaf dairəsini genişləndirdi.

Şirkət plastik kapsul və qapaq istehsalı sahəsində ixtisaslaşaraq, yüksək keyfiyyət və innovasiyaya əsaslanan yanaşması ilə sənayedə öncül mövqeyə sahibdir. Zavod Lüksemburq istehsalı olan HUSKY avadanlıqları ilə təchiz olunmuşdur. Buraya HYPET 225 P85/95 E95, ENJEKSİON MAKİNA H 160 R/S55/50 və HYPET 225 4,0 P85/95 EE85 kimi yüksək texnologiyalı cihazlar daxildir. Bu avadanlıqlar məhsulun keyfiyyətini ən yüksək səviyyədə təmin edir.

İstehsal gücü kapsul üzrə gündəlik 15-20 ton, qapaq üzrə isə 700 kq təşkil edir.

“Naxplastik” MMC, əldə etdiyi nailiyyətlərə görə bir sıra mükafatlarla təltif edilmişdir.
Fəxri Mükafatlar və Nailiyyətlər:
 

  • 2023-cü ildə Naxplastik MMC, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının Sədri tərəfindən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” devizi ilə Fəxri Diplom ilə təltif edilmişdir.
 
Bu nailiyyətlər şirkətin güclü əmək şəraiti və müştəri məmnuniyyətinə verdiyi önəmi əks etdirir.


Karbon qaz istehsalı

Karbon qaz istehsalı

“Ləzzət Group” 2024-cü ildə “Darıdağ Karbon” MMC-nin investorlarından biri olaraq karbon qazı istehsalı sahəsində fəaliyyət dairəsini daha da genişləndirdi. 1980-ci ildə Darıdağ termal su quyusundan 2650 metr boru xətti vasitəsilə spontan karbon qazı gətirilərək, maye karbon qazı istehsal edən sex inşa edilmişdir.

Zavodda istehsal olunan karbon qazı əsasən mineral suların və şampan içkilərinin qazlaşdırılmasında, eləcə də digər sənaye sahələrində istifadə edilir.

Zavodda əsasən Rusiya və Ukrayna istehsalı olan avadanlıqlar quraşdırılıb. Müəssisədə müasir laboratoriya yaradılaraq məhsulun keyfiyyətinə nəzarət gücləndirilmişdir. Eyni zamanda, kompressor və soyuducu avadanlıqlar yenilənmişdir.
Mineral su yatağından 2650 metr məsafədə borular vasitəsilə gətirilən xammal üç mərhələdə sıxılıb soyudularaq maye halına salınır və xüsusi filtrlərdən keçirildikdən sonra anbara ötürülür. Zavodun hazır məhsul anbarının tutumu 200 ton təşkil edir. Məhsulun uzaq məsafələrə daşınması üçün müəssisədə 2 avtosistern mövcuddur.

Zavodda 1 kq-dan 50 kq-a qədər quru tozlu, kimyəvi köpüklü və karbon qazlı ilkin yanğınsöndürmə cihazlarının doldurulması da həyata keçirilir.

“Darıdağ Karbon” MMC, əldə etdiyi nailiyyətlərə görə bir sıra mükafatlarla təltif edilmişdir.
 

  • 2009-cu və 2017-ci illərdə Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafına verdiyi töhfələrə görə “Biznesdə Uğur” mükafatı, “İlin Məhsulu – 2009” və “İlin Məhsulu – 2017” mükafatları ilə təltif edilmişdir.

Bu nailiyyətlər şirkətin güclü əmək şəraitinə və müştəri məmnuniyyətinə verdiyi önəmi əks etdirir.

Lg Retail

Lg Retail

Ləzzət Şirkətlər Qrupu pərakəndə ticarət sahəsindəki ilk addımlarını 2018-ci ildə Naxçıvanda açdığı “Limon” supermarketi ilə atdı. Bu ilk təcrübə sürətlə uğur qazandı və şirkət “Limon” supermarketinin 2-ci və 3-cü filiallarını açaraq şəbəkəsini genişləndirdi.

2023-cü ildən etibarən “Limon” supermarketlər şəbəkəsi LG RETAIL adı altında birləşdirildi.
LG RETAIL müştərilərinə yalnız keyfiyyətli ərzaq və qeyri-ərzaq məhsulları təqdim etmir, həm də alış-verişin rahatlığını və etibarlılığını təmin etməyi öz hədəfi olaraq müəyyən edir.

Məqsədimiz, müştərilərimizin ehtiyaclarına uyğun, münasib qiymətlərlə məhsul çeşidi təqdim edərək onların alış-veriş təcrübəsini ən yüksək səviyyəyə çatdırmaqdır.

Üzümçülük

Üzümçülük

Ləzzət Group, Naxçıvanın Babək rayonunun Şornav massivi ərazisində 8 hektarlıq üzümçülük təsərrüfatı yaratmışdır. Hazırda bu sahədə 5 hektar məhsul verən, 2 hektar isə yeni əkilmiş üzüm sahəsi mövcuddur. İlk mərhələdə 1 hektar sahədən 140 sentner üzüm əldə olunmuşdur. Şirkət, müasir aqrotexniki metodlar tətbiq etməklə məhsuldarlığı artırmağı və keyfiyyətli üzüm istehsalını təmin etməyi hədəfləyir.

Bundan əlavə, Ləzzət Group Naxçıvanda üzüm sortlarının genetik qorunması məqsədilə "Kolleksiya" bölməsini formalaşdırır. Eyni zamanda, "Naxçıvan Şərab" MMC-nin rəhbərliyi şərabçılıq sahəsinin inkişafını sürətləndirmək və müasir iqtisadi göstəriciləri nəzərə alaraq ölkə üzrə keçirilən onlayn müşavirələrdə fəal iştirak edir.

Bu layihə, regionda üzümçülüyün inkişafına töhfə verməklə yanaşı, şərabçılıq sənayesinin gələcək potensialını artırmağa xidmət edir.

Ləzzət Qida Sənaye MMC

Ləzzət Qida Sənaye MMC

Ləzzət Group-un tərkibində fəaliyyət göstərən Ləzzət Bazarlama, müasir loqistika və geniş distribusiya şəbəkəsi ilə məhsullarını Naxçıvan daxilində geniş müştəri bazasına çatdırır. Şirkət 50-dən çox soyuduculu və soyuducusuz yük maşını ilə operativ çatdırılma həyata keçirir. 5 ton yükgötürmə qabiliyyətinə malik yük maşınları sayəsində məhsullar ən qısa müddətdə müxtəlif satış nöqtələrinə çatdırılır.

Şirkətin genişlənən distribusiya şəbəkəsi mağazalar, HoReCa müştəriləri, topdançılar, apteklər və köşklər daxil olmaqla, müxtəlif sektorlarda fəaliyyət göstərən 532 satış nöqtəsini əhatə edir. Ləzzət Bazarlamanın 4 ədəd soyuq anbar, kimyəvi anbar, cola anbarı və ərzaq anbarı olmaqla, ümumilikdə 4000 m² sahəni əhatə edən anbar sistemi mövcuddur.

Bununla yanaşı, Ləzzət Bazarlama Naxçıvan və digər regionlarda yerli və beynəlxalq markaların rəsmi distribyutoru kimi fəaliyyət göstərir. Şirkət aşağıdakı nüfuzlu brendlərin satış və distribusiyasını həyata keçirir:

yerli markalardan Sirab, Xırdalan, Nati, Carlsberg Azərbaycan, Coca-Cola Azərbaycan, Ulduz, Abşeron Şərab, Göygöl Şərab, İstisu, Laran Konditer və digər brendlərin rəsmi distribyutorudur;
beynəlxalq markalardan isə İçim, Dardanel, Eti, Hayat Kimya, Orkide, Fora Zeytun, Roshen, AVK, Akkond, Nemiroff, Efes, Superfresh, Terrafood və digər tanınmış firmaların distribyusiyasını həyata keçirir.

Ləzzət Bazarlama, məhsulların yüksək keyfiyyətdə və vaxtında çatdırılmasını təmin edərək müştərilərinə etibarlı və səmərəli xidmət göstərməyə davam edir.

Bərəkət Bazarlama

Bərəkət Bazarlama

Ləzzət Group-un tərkibində fəaliyyət göstərən Bərəkət Bazarlama, müasir loqistika və geniş distribusiya şəbəkəsi ilə məhsullarını Naxçıvan daxilində geniş müştəri bazasına çatdırır. Şirkət 20-dən çox soyuduculu və soyuducusuz yük maşını ilə operativ çatdırılma həyata keçirir. 5 ton yükdaşıma qabiliyyətinə malik yük maşınları sayəsində məhsullar ən qısa müddətdə müxtəlif satış nöqtələrinə çatdırılır.

Şirkətin genişlənən distribusiya şəbəkəsi mağazalar, HoReCa müştəriləri, topdançılar, apteklər və köşklər daxil olmaqla, müxtəlif sektorlarda fəaliyyət göstərən 532 satış nöqtəsini əhatə edir.

Bərəkət Bazarlamanın 8 ədəd 230 kub həcmə malik, 8 kameralı soyuq anbarı var. Ümumilikdə anbar sistemi 3000 m² sahəni əhatə edir.

Bununla yanaşı, Bərəkət Bazarlama Naxçıvan və digər regionlarda yerli və beynəlxalq markaların rəsmi distribyutoru kimi fəaliyyət göstərir. Şirkət aşağıdakı nüfuzlu brendlərin satış və distribusiyasını həyata keçirir.

Yerli markalar arasında Badamlı, Pepsi Azərbaycan, Milla, Natura, Bağdan, Chipsim, Salyan pivəsi, Full enerji içkiləri və digər brendlərin rəsmi distribyutorudur.

Beynəlxalq markalardan isə Piyale Makarna, Karmen, Sunar yağ, Öncü, Bonart, Dalan Kimya, Fonterra, Pakten və digər tanınmış firmaların rəsmi distribyusiyasını həyata keçirir.

Bərəkət Bazarlama məhsulların yüksək keyfiyyətli və vaxtında çatdırılmasını təmin edərək müştərilərinə etibarlı və səmərəli xidmət göstərməyə davam edir.

Prive Steak Gallery

Prive Steak Gallery

Sizi gündəlik həyatın səs-küyündən uzaqlaşdıracaq, əvəzolunmaz mənzərə və ləzzətli ət məhsullarımızla tanış edəcək Prive Steak Gallery-də rahatlıq və zövq sizi gözləyir. Burada həm dadlı yeməklərin, həm də səmimi söhbətlərin sevincini yaşayacaqsınız.

200 nəfərlik geniş və zövqlə dizayn edilmiş ümumi zalımız ailəvi görüşlər və korporativ tədbirlər üçün mükəmməl seçimdir. Qış bağçamızda isə unudulmaz anlar yaşamaq üçün səs-küydən uzaqlaşa bilərsiniz.

Müasir dizayn və texnologiyalarla təchiz edilmiş VIP otaqlarımız iclaslar, şirkət təqdimatları, ad günləri, xına və nişan mərasimləri üçün ideal məkandır. Hərəkətli divarlar sayəsində otaqlarımız 4-dən 70 nəfərə qədər qonaq qəbul etmək imkanına malikdir.

Üç bölümdən ibarət oyun otağımızda uşaqlarınız gülərüz dayələrin nəzarətində əylənə bilər. Bu zaman siz rahatlıqla ləzzətli yeməklərinizin dadını çıxara bilərsiniz.