“LƏZZƏT QİDA SƏNAYE” MMC-NİN MƏHSULLARI BİR SIRA XARİCİ ÖLKƏLƏRƏ İXRAC OLUNUR.

Muxtar respublikada Sahibkarlığa Kömək Fondu tərəfindən kreditlərin verilməsi “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) də fəaliyyətini genişləndirib. Belə ki, bu kreditlər hesabına cəmiyyətin müasir istehsal və emal müəssisələri yaradılıb. 

AZƏRTAC xəbər verir ki, hazırda müəssisədə gündəlik istehsal gücü 18 ton olan kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi, qovurulması və paketlənməsi, 7 ton qənd, 2,4 ton vafli, peçenye, biskvit və digər qənnadı məmulatlarının, 45 gündə 135 ton quş ətinin istehsalı, saatda 1500 baş toyuq kəsimi həyata keçirilir. 

Müəssisənin məhsulları daxili tələbatı ödəməklə yanaşı, İran və Gürcüstana da ixrac olunur. Bundan əlavə, MMC Rusiya, ABŞ, Ukrayna, Türkiyə, Çin, Hindistan, İran və digər ölkələrin 50-dən artıq firması ilə əməkdaşlıq edir.



Brendlərimiz