Lezzet.az

Ləzzət Broyler

“Ləzzət Broyler” MMC Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında ən iri quş əti istehsalçısıdır. Bu, mütəşəkkil istehsal prossesinə malik müasir müəssisədir.
Fabrikin istehsal etdiyi məhsullar keyfiyyətinə, ləzzətli dadına, ekoloji cəhətdən təmiz və təhlükəsiz olmasına görə ilk gündən alıcıların rəğbətini və etibarını qazanmışdır.
Yüksək nəticələr əldə olunması üçün quşların saxlanılması üzrə təlimatlara, veterinar-sanitar və texnoloji tələblərə ciddi riayət olunur, istehsal texnologiyaları daim yeniləşdirilir, məhsulun keyfiyyətinə beynəlxalq nəzarət sitemlərinin tətbiqi üzrə işlər aparılır.
Müəssisədə çalışan savadlı mütəxəssislər,  qurulan müasir avadanlıqlar və keyfiyyətə ciddi nəzarət olunması sayəsində qəbul olunmuş  standartlara cavab verən və alıcıların  zövqünə uyğun məhsul istehsalına nail olunmuşdur.
“Ləzzət Broyler” MMC  müxtəlif temperatur rejimlərinə malik olan soyuducu anbarlarla təmin olunmuşdur ki, bu da istehsal olunan məhsulların saxlanmasını, keyfiyyət və təhlükəzliyini təmin edir.
“Ləzzət” təkcə “Ləzzət Broyler” MMC quşçuluq fabrikinin ticarət markasının adı deyil –  ləzzətli, keyfiyyətli və ekoloji cəhətdən təmiz məhsul istehsal olunması  həm də kompaniyanın əsas inkişaf ideyasıdır.