Lezzet.az

HAQQIMIZDA

  "Ləzzət Qida Sənaye" MMC-nin əsası 1995-ci ildə qoyulmuşdur.
Kompaniya öz fəaliyyətini iki əsas istiqamətdə - gündəlik təlabat mallarının topdan satışı və qida məhsullarının istehsalı sahəsində quraraq yarandığı gündən indiyədək böyük bir inkişaf yolu keçmişdir. Hal-hazırda şirkət Rusiya, ABŞ, Ukrayna, Türkiyə, Çin, BƏƏ, Hindistan, İran və digər ölkələrdən olan 50-dən artıq istehsalçı firma ilə əməkdaşlıq edərək uğurlu distribütorluq fəaliyyəti həyata keçirməklə yanaşı qənd istehsalı, çərəz və dənli malların emalı və qablaşdırılması sahəsində də istehlakçıların maraq və tələblərini müvəffəqiyyətlə təmin edir.
   "Ləzzət Qida Sənaye" MMC-nin baş ofisi Naxçıvan şəhərində yerləşir.
Şirkətimiz Naxçıvan Muxtar Respublikasında "Coca-Cola" (Azərbaycan), " Konfil " (Rusiya), “Невский Кондитер ” (Rusiya), “ Sun West Foods, Inc ” (ABŞ),  ПБК “Славутич” (Ukrayna), "Винкрон "(Ukrayna ), "Mils "(Ukrayna), “Eti ” (Türkiyə), “Tuborg ” (Türkiyə), “Tamek ” (Türkiyə), “Evyap ” (Türkiyə), “Hakan Qida” (Türkiyə), “Hayat Kimya” (Türkiyə), “Tat Makarna” (Türkiyə), Miad General Traiding ” (BƏƏ) və keyfiyyətli məhsulu ilə tanınan bir çox başqa firmanın rəsmi nümayəndəsidir.
    2009-cu ildə   "Ləzzət Qida Sənaye" MMC  Bakı şəhərində öz  filialını  açaraq Azərbaycan bazarında da təmsil olunmağa başladı. Hal-hazırda şirkət “Orkide” (Türkiyə), “Kristal” (Türkiyə), ТПО ”Qrin Rey” (Ukrayna), “Texmolprom” (Ukrayna) kompaniyalarının Azərbaycanda rəsmi distribütorudur.
    Şirkət xarici firmalarla ticarət əlaqələri yaradaraq  distribütorluq şəbəkəsinin genişləndirilməsini və  Azərbaycanın bütün bölgələrində müştərilərə keyfiyyətli xidmət göstərilməsini qarşıya məqsəd qoymuşdur.
    Şirkətin maddi-texniki bazası Avropa standartlarına uyğundur və böyük potensial imkanlardan xəbər verir.
    Məhsulların saxlanılması və satış nöqtələrinə paylanılması üçün bütün imkanlara malik olan “Ləzzət Qida Sənaye“ MMC-nin  mülküyyətində ərazisi 5.5 min m2 olan örtülü anbarları ( 3.5 min m2 Naxçıvan şəhərində,  2 min m2 Bakı şəhərində ), yükgötürmə qabiliyyəti 4.5 ton olan 50 ədəd İsuzu və Mitsubishi markalı avtomobildən ibarət nəqliyyat  parkı ( 35 ədəd Naxçıvan şəhərində, 15 ədəd Bakı şəhərində) var. Anbarlardan bir neçəsi məhsulların saxlanılma şəraitini optimallaşdırılması üçün  soyuducu qurğularla təchiz edilmişdir.
   Şirkətin 55 ekspeditor və 10 supervayzerdən ibarət satış heyəti müştərilərin tələb və ehtiyaclarını vaxtında və keyfiyyətlə ödəmək üçün müasir texnologiyalardan bacarıqla istifadə edir.
  “Ləzzət Qida Sənaye“ MMC Naxcıvan Muxtar Respublikasının iqtisadi inkişafında, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və dünya təsərrüfat sisteminə inteqrasiyası  yönündə həyata keçirilən tədbirlərdə yaxından iştirak edir.
Şirkətin qazandığı uğurlar ölkə və Muxtar Respublika rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir: “Ləzzət Qida Sənaye“ MMC-nin direktoru  Teymur Rzayev Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafında xidmətlərinə görə 2009-cu ildə Azərbaycan Respublikasinin Prezidenti tərəfindən “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.
 “Azərbaycan Respublikası regionlarının 2009 – 2013-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət  Proqramında yerinə yetirilməsi nəzərdə tutulmuş ixrac yönümlü və idxalı əvəz edəcək məhsul istehsalının stimullaşdırılması, yeni iş yerlərinin açılması və əhalinin maddi rifah halının yaxşılaşdırılması məqsədi ilə görüləcək tədbirlərə qoşularaq və istehlakçıların artan tələblərinin qarşılanması üçün “Ləzzət Qida Sənaye“ MMC 2010-2011-ci illərdə də  uğurlu başlanğıclara imza atmışdır:
2010-cu ildə  “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC fəaliyyətə başlamışdır.
“Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-də dünya  standartlarına cavab verən, gündəlik istehsal gücü 3000 kq olan müasir avadanlıqlar  quraşdırılmışdır. Fabrikdə  vafli, kek, biskvit və digər qənnadı məmulatları istehsal olunur. “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-nin istehsal etdiyi məhsullar az müddət ərzində istehlakçıların rəğbətini qazanmışdır.

2011-ci ildə isə Muxtar Respublika əhalisinin keyfiyyətli və ekoloji cəhətdən təmiz  quş əti məhsulları ilə təmin olunması məqsədilə “Ləzzət Broyler” MMC təsis olunmuşdur.
Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında ən iri quş əti istehsalçısı olan “Ləzzət Broyler” MMC mütəşəkkil istehsal prossesinə malik müasir müəssisədir. Burada çalışan savadlı mütəxəssislər,  qurulan müasir avadanlıqlar və keyfiyyətə ciddi nəzarət olunması sayəsində qəbul olunmuş  standartlara cavab verən və alıcıların  zövqünə uyğun məhsul istehsalına nail olunmuşdur.

“Ləzzət Qida Sənaye“ MMC qazandığı uğurlarla kifayətlənməyərək istehlakçıların  keyfiyyətli, dünya standartlarına uyğun və rəqabət qabiliyyətli qiymətə malik məhsullarla təmini üçün bütün imkanlardan istifadə edir.
Bizim məhsullarımızı digərlərindən fərqləndirən cəhətlər – əla keyfiyyət, ləzzətli dad, istehsal olunan malların ekoloji cəhətdən təmiz və təbii əsaslı olmasıdır.

İstehlakçıların maraqlarının təmini şirkət üçün mütləq prioritetdir.